Şəmsəddin Xanbabayev: “Yer versəniz, elə Xaçmazda qalacağam” – VİDEObackend

Şəmsəddin Xanbabayev: “Yer versəniz, elə Xaçmazda qalacağam” – VİDEO

Prezident İlham Əliyevin sərəncamı ilə öz istefa ərizəsilə vəzifəsindən azad edilən 81 yaşlı Şəmsəddin Xanbabayev jurnalistlərə növbəti açıqlamasını verib. Sabiq icra başçısı KONKRET.az-ın bölgə müxbirinin “Bundan sonra hansı işlə məşğul olacaqsınız” sualına memuar yazacağı cavabını verib.

Onun sözlərinə görə, vaxtının əksər hissəsində ümummilli lider Heydər Əliyevlə xatirələrini əks etdirən kitab yazmaq fikrindədir. Şəmsəddin Xanbabayev jurnalistlərin digər suallarını da cavablandırıb.

Hokm.az
  •  (0)
  •  (0)