“Semaşko” önündə etiraz aksiyası keçirilibbackend

“Semaşko” önündə etiraz aksiyası keçirilib

1 saylı Kliniki Tibbi Mərkəzdə koronavirusdan ölən şəxsin yaxınları etiraz edir.

Hokm.az baxar.az-a istinadən xəbər verir ki, Süleymanov Rafiq Süleyman oğlu iyulun 31-dən avqustun 1-nə keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün gecə saat 01:00 radələrində mərhumun yaxınlarına xəstəxanadan zəng edilərək deyilib ki, xəstə ölüb.

Mərhumun yaxınları iddia edir ki, Rafiq Süleymanov həkim səhlənkarlığından ölüb. Hazırda mərhumun yaxınları 1 saylı Kliniki Tibbi Mərkəzin önünə toplaşaraq xəstəxana rəhbərliyindən suallarına cavab almaq istəyirlər.

  •  (0)
  •  (1)