Səkkiz körpənin ölümündə günahlandırılan tibb bacısı tutuldu – FOTObackend

Səkkiz körpənin ölümündə günahlandırılan tibb bacısı tutuldu – FOTO

Böyük Britaniyanın Çester şəhər polisi səkkiz körpəni öldürmək və on qətlə cəhddə günahlandırılan tibb bacısının tutulduğunu bildirib.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, “Countess of Chester” xəstəxanasının əməkdaşı Lusi Letbi Britaniya Krallıq Prokurorluğunun həbs icazəsindən sonra tutulub.

İttihamlar 2015-ci il iyun-2016-cı il iyun tarixləri arasında xəstəxananın neonatal şöbəsində baş verən bir sıra uşaq ölümü və bədbəxt hadisələrlə bağlı aparılan istintaq çərçivəsində qaldırılıb.

Təqsirləndirilən şəxs bu gün məhkəmə qarşısına çıxmalıdır.

  •  (0)
  •  (0)