Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar varbackend

Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var

Şəkidə minik avtomobili aşıb.

Hokm.Az bildirir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)