“Şəki-Zaqatala iqtisadi regionlarında gənc qızlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi” adlı layihə başa çatıbbackend

“Şəki-Zaqatala iqtisadi regionlarında gənc qızlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi” adlı layihə başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin həyata keçirdiyi “Şəki-Zaqatala iqtisadi regionlarında gənc qızlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi” adlı layihə başa çatıb.

Layihə Balakən, Zaqatala və Qax rayonlarının kəndlərində yaşayan gənc qızların sahibkarlıq baçarıqlarını üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir. Əvvəlcə 15 – 17 noyabr 2021-ci il tarixlərində Balakən, Zaqatala və Qax rayonlarında 66 gənc qızlar arasında biznes və sahibkarlığın nə olduğu ilə bağlı sorğu keçirilib və rəyləri alınıb. Sorğu nəticəsində qızlarda daha çox şəxsi keyfiyyətlə, biznes qurmazdan əvvəl nəyə? necə? və nə? suallarına cavab almaq idi. Keçirilən sorğuların nəticəsi kimi, qadınlara 6 – 8 dekabr 2021-ci il tarixlərində “Biznes modelin hazırlanması”, sosial sahibkarlıq, Marshmellow challenge qrup işi mövzularında təlimlər keçirildi. Qızlar təlimlərdə çox fəal iştirak edirdilər. Təlimçi – ekspert Sara Rəcəbli biznesə başlamazdan əvvəl, düşüncəni və istədiyini başa düşmək lazım olduğunu bildirdi. Quracaqları bizneslərin, insanlar üçün nə qədər əhmiyyətli və cəmiyyətə faydalı olmasından məlumat verdi.

Azərbaycanda qadınların biznes açmaqlarından və bir-birlərinə dəstək olmasını vurğuladı. Balakən rayonundan iştirak edənlərin arasında gənc qızlar Xumar Mehdiyeva, Fatimat Dibirova, Alvina Qarakişiyeva və bir neçə qız gözəllik salonu, şirniyyat evi açıb və ona lazım olan saç buran fenlər, tava dəstləri, naqqaşlar, qəliflər, krem nasadkalrı təqdim edildi. Zaqatala rayonunun Danaçı kəndidnən olan yeni fəaliyyətə başlayan və birləşib iş quran gənc qızlar Sabina Şabanova, Ulduz Dodoçova, Adilə Əliyeva və bir neçə qızlara çirniyyat hazırlanması sahəsində istifadə olunacaq tava dəstləri və naqqaşlar, qəliflər, krem üçün nasadkalar təqdim edildi. təqdim olundu. Qax rayonunda isə evində şirniyyat sahəsində fəaliyyət göstərən Günel Omarova və Narınc Əhmədova birləşərək çalışacaqlar, bunun üçündə qızlara şirniyyatda ehtiyyacı olan ləvazimatlar təqdim olundu. Həmin rayonda fəaliyyət göstərən Səbinə Əliyeva və bir neçə gənc qızlar birləşərək gözəllik salonu kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, artıq respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır və bu mühit qadın iştirakçılığının artırılmasına xüsusi diqqət ayırılır. Qadın sahibkarların “Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı”nda nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişaf prosesində iştirak dərəcəsi getdikcə artır. Ölkəmizdə qadın sahibkarlığının inkişafında ciddi irəliləyişə baxmayaraq, gender bərabərliyinin inkişafını ləngidən bir sıra çətinliklər mövcuddur. Regionlarda yaşayan qadın və qızların sahibkarlarlıq fəaliyyəti ilə məşğul olması üçün onlarla görüşlərin keçirilməsi və müzakirələrin aparılması vacibdir. Məhz bunun nəticəsində kənd yerlərində yaşayan qadınların iqtisadi və vətəndaş həyatındakı uğurlarına nail olmaq mümkündür. Onların bacarıqlarını üzə çıxarmaq, sahibkarlıq fəaliyyətlərinə cəlb edərək dəstək vermək qazanılan uğurun başlanğıcı deməkdir.
Nəticədə, 10 nəfər – gözəllik salonu, 25 nəfər – şirniyyat və un məmulatları sahəsi, 12 nəfər – tikiş sahəsi, 5 nəfər – təhsil və tədris sahəsi, 5 nəfər – dekor və müsiqi sahəsi, 5 nəfər – kənd təsərrüfatı sahəsi və 4 nəfər isə meyvə qurutma sahəslərində fəaliyyət göstərəcəklər. Layihə iştirakçıların siyahısını Dövlət Məşğulluq Agentliyinədə göndərdik. Artıq qızların sahibkarlıq fəaliyyətinə başlanəlması üçün ilkin danışıqlar aparılır.
Layihə Balakən, Zaqatala və Qax rayonlarında həyata keçirilib.
  •  (1)
  •  (0)