Şəhidin xanımı: Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin – VİDEObackend

Şəhidin xanımı: Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin – VİDEO

ATV-nin “Bizimləsən” proqramına qonaq olan Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.

Hokm.az xəbər verir ki, Əzizə Farizin bərbərə getmədiyini, hətta saçını özü kəsdiyini bildirib:

“Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O, şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.

  •  (2)
  •  (1)