Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldübackend

Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldü

Cəlilabad rayonunda şəhidlə keçirilən vida mərasimində onun əmisinin həyat yoldaşı Şəkərova Xansəmən ürəktutmasından dünyasını dəyişib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şiləvəngə kəndində qeydə alınıb.

Belə ki, nəşi yeni tapılan Vətən müharibəsi şəhidi, leytenant Şükürlü Elvin Azad oğlu ilə bu gün yaşadığı kənddəki evində vida mərasimi keçirilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində itkin düşmüşdü. Şəhidin nəşi vida mərasimindən sonra dəfn olunması üçün ailəsinin yaşadığı Bakı şəhərinə aparılacaq və orada dəfn ediləcək.

Allah rəhmət eləsin!

  •  (0)
  •  (0)