Suriyanın İdlib bölgəsində hökumət qüvvələrinin hücumu nəticəsində şəhid olan türkiyəli hərbçi Ragıb Soylu Çoşqunun bir müddət əvvəl çəkilmiş videogörüntüləri üzə çıxıb.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, görüntülərdə Çoşqun şəhid olmaq arzusunu dilə gətirir. Əmisinin “Hatay vilayətində sərhəddəsən.Şəhid olmağı düşünürsən?” sualına Çoşqun, “Düşünürəm deyil. Şəhid olacağım ürəyimə damıb” – deyə cavab verib.
















