Şəhidin övladlarını əmanət etdiyi atası koronavirusdan öldübackend

Şəhidin övladlarını əmanət etdiyi atası koronavirusdan öldü

Vətən Müharibəsinin şəhidi, 30 sentyabr tarixində cəbhənin Füzuli rayonu istiqamətində həlak olmuş Fərid Hacıyevin atası Təşkilat Hacıyevin koronavirus xəstəliyindən vəfat edib.

Hokm.az-ın modern.az-a istinadən məlumatına görə, Təşkilat Hacıyev ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada yerləşdirilmişdi. O, həmin xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulsa da, şəhid atasını xilas etmək mümkün olmayıb.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan şəhid Fərid Hacıyev Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kimi sentyabrın 27-dən başlayan Vətən Müharibəsinin ön sıralarında döyüşüb.

Sentyabrən 30-da isə cəbhənin Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Fərid Hacıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezidentin 15 dekabr 20-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Onun digər qardaşı Samid Hacıyev hazırda cəbhənin Tərtər rayonu istiqamətində hərbi xidmətdədir.

Fərid Hacıyev şəhid olmazdan öncə vəsiyyətində üç azyaşlı övladını atasına əmanət etmişdi.

Allah rəhmət eləsin…

  •  (3)
  •  (0)