Şəhid zabitin xanımı ərinin il mərasiminə gedərkən yol qəzasında vəfat etdi – FOTO/VİDEObackend

Şəhid zabitin xanımı ərinin il mərasiminə gedərkən yol qəzasında vəfat etdi – FOTO/VİDEO

Vətən müharibəsində şəhid olan mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel xanım vəfat edib.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, Günel Ələsgərova Zərdaba – Rəhim Hüseynovun il mərasiminə gedərkən Kürdəmir rayonu ərazisində baş verən avtomobil qəzasında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, ailənin 3 övladı var.

  •  (0)
  •  (0)