Şəhid və qazi ailələrinə qazın verilişi zamanı güzəşt ediləcək? – AÇIQLAMAbackend

Şəhid və qazi ailələrinə qazın verilişi zamanı güzəşt ediləcək? – AÇIQLAMA

“Şəhid və qazi ailələrinə qazın verilişi ilə bağlı güzəştlərin edilməsi “Azəriqaz”ın səlahiyyətində deyil”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, “Azəriqaz” öz səlahiyyətləri çərçivəsində şəhid və qazi ailələrinin problemlərini müsbət yöndə həll etməyə çalışır.

R.Əliyev əlavə edib ki, yaxın zamanda İstehsalat Birliyinin abonentlərinin sayı 2 milyon 400 minə çatacaq. 2009-2010-cu illərdə qurumun abonentlərinin sayı 760 min olub, hazırda isə onların sayı üç dəfədən çox artıb.

Qurumun direktoru qaz problemlərinin həll edilməsi ilə bağlı abonentlər tərəfindən quruma müsbət rəylərin daxil olduğunu da qeyd edib.

  •  (1)
  •  (1)