Şəhid Ruslanın anası oğlunun ili çıxmadan vəfat etdi – FOTObackend

Şəhid Ruslanın anası oğlunun ili çıxmadan vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidinin anası vəfat edib.

Sonxeber.az-ın verdiyi məlumata görə, 44 günlük Vətən müharibəsi iştirakçısı, maxe Ruslan İmanquliyevin anası Səfərova Ramiyya xanım dünən dünyasını dəyişib.

51 yaşlı ana yeganə övladının şəhidliyinin bir ili tamam olmadan, dünən, yəni sentyabrın 22-də yaşadığı evdə həyata gözlərini yumub. Onun ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, şəhid Ruslan Natiq oğlu 14 mart 1996-ci il tarixində Sumqayıt şəhərində anadan olub. O, müharibə başlamadan 3 ay öncə, 17 iyun 2020-ci il tarixində Fərzəliyeva Elvina Eldar qızı ilə ailə hayatı qurub. Təəssüf ki, gənc ailənin səadati uzun çəkməyib. Müharibə başlayandan ön cəbhədə vuruşan Ruslan 2020-ci ilin oktyabr ayının 2-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 3 oktyabrda isə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

2015-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılan Ruslan 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dallar qəsəbəsində DSX-nin “N” saylı hərbi hissəsində, Çevik Alay Taborunda xidmət edib. Qəlbində olan Vətən sevgisi onu yenidən 2019-cu ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıtmağa sövq edib. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.

Qeyd edək ki, eyni binada 2 qonşu şəhidlik zirvəsinə ucalıb. Binanın girişinə hər iki şəhidin xatirə fotosu vurulub.

  •  (1)
  •  (0)