Şəhid olan çavuş tovuzludur, 2 övladı var – FOTObackend

Şəhid olan çavuş tovuzludur, 2 övladı var – FOTO

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

Hokm.az-ın  məlumatına görə, o, ailəlidir və 2 azyaşlı övladı var.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.Report

Allah rəhmət eləsin!

  •  (0)
  •  (1)