Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü – YENİLƏNİBbackend

Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü – YENİLƏNİB

Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü – YENİLƏNİB

Ceyranbatan su anbarında batan şəxsin meyiti sudan çıxarılıb.

Hokm.az-ın “Report”a istinadən məlumatına görə, mərhumun Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün, 41 yaşlı Fariz Təhməzov olduğu müəyyənləşib.

Onun ərazidə qoyun otardığı və suya düşən quzunu xilas edərkən göldə boğulduğu bildirilir.

F.Təhməzovun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.


*** 17:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən “Report”a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

  •  (1)
  •  (1)