Şəhid Kamran Kazımovun qız övladı dünyaya gəlib – FOTOLARbackend

Şəhid Kamran Kazımovun qız övladı dünyaya gəlib – FOTOLAR

Bu gün şəhid baş leytenant Kamran Kazımovun qız övladı dünyaya gəlib. Şəhid atasının şərəfinə övladının adı Kamrana adlandırılıb.

Şəhid övladının qarşılama mərasimində ailə üzvəri və qohumları ilə yanaşı, hərbçi yoldaşları da iştirak ediblər. Qarşılama mərasimindən sonra şəhidin ailə üzvləri və hərbçi yoldaşları onun II Fəxri Xiyabanda yerləşən məzarına yollanıblar.

Qeyd edim ki, şəhid baş leytenant Kamran Kazımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Kazımov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Allah Kamrana qızımıza uzun və sağlıqlı ömür, şəhid atasına rəhmət eləsin!

  •  (0)
  •  (0)