Şəhid Ələkbər Ələkbərli Tərtərdə dəfn edilib – FOTObackend

Şəhid Ələkbər Ələkbərli Tərtərdə dəfn edilib – FOTO

Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə dəfn edilib.

Hokm.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olan Tərtər rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib. Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib.

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb.

Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir.

  •  (0)
  •  (0)