Şəhid anası intihara cəhd etdi, vəziyyəti ağırdırbackend

Şəhid anası intihara cəhd etdi, vəziyyəti ağırdır

İkinci Qarabağ müharibəsində övladını itirən Vüsalə Məmmədova bu gün dərman içərək intihara cəhd edib.
Yaxınlarının yaydığı məlumata görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanadadır, vəziyyəti ağırdır.
Qohumları bildirir ki, ötən il 17 oktyabrda Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 21 yaşlı Sahib Həsənovun anası bu gün kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir:
“Bir il ərzində Gəncənin icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq, onu qəbul etməyib. O da başçının etinasızlığı və laqeydliyindən bezərək intihara cəhd edib”, – deyə Vüsalə Məmmədovanın yaxınları bildirib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat katibi Gülnar Rzayeva bildirdi ki, məsələ araşdırılır və ən qısa müddətdə ictimaiyyətə məlumat veriləcək.

V.Məmmədovanın son vəziyyətini öyrənmək üçün Gəncədə yerləşən 3 saylı xəstəxana ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.anews.az

  •  (0)
  •  (0)