Səfirin DƏHŞƏTLİ QƏTLİ: Arvadı sevgilisi ilə əlbir olub…backend

Səfirin DƏHŞƏTLİ QƏTLİ: Arvadı sevgilisi ilə əlbir olub…

Yunanıstanın Braziliyadakı səfirinin həyat yoldaşı Fransua de Souza Oliveyra 2016-cı ildə ərini öldürdüyünə görə 31 il həbs cəzasına məhkum edilib.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, məlumata görə, qadının qətldə əli olan sevgilisi polis Serxio Moreyra isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis 2016-cı ilin dekabrında ölüb. Onun yanmış meyiti Rio-de-Janeyroda bir avtomobildə tapılıb.

İstintaq zamanı 59 yaşlı səfirin arvadı tərəfindən öldürüldüyü məlum olub.

  •  (0)
  •  (0)