Səfir Kanadadan Ermənistana xəbərdarlıq göndərdi: NATO…backend

Səfir Kanadadan Ermənistana xəbərdarlıq göndərdi: NATO…

Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən geri çəkilməlidir.

Hokm.az xəbər verir ki, bu sözləri Türkiyənin Kanadadakı səfiri Kerim Uras ölkənin CBC rəsmi telekanalına açıqlamasında deyib.

“Power&Politics” proqramında qonaq qismində iştirak edən səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb: “Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır və 1 milyon azərbaycanlı bu səbəbdən qaçqın düşüb. Ermənistanın uzlaşmasız mövqeyi səbəbilə münaqişə 30 ildir ki, həllini tapmırdı. Bu da Azərbaycanı hərəkətə keçməyə məcbur etdi”.Ottawa Büyükelçisi Uras: Ermenistan işgal altında tuttuğu topraklardan çekilmeli

Səfir Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə hücum edərək böyük səhvə yol verdiyini və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünü yenidən təsis etmək üçün mübarizə sərgilədiyini diqqətə çatdırıb.

 

O, fürsətdən istifadə edərək Kanadanın Türkiyəyə hərbi təchizat ixracını dayandırmasının NATO müttəfiqliyi ruhuna zidd olduğunu bildirib: “Bu qərar Dağlıq Qarabağ məsələsində işğalçı tərəfi mükafatlandırmaq mənasına gəlir”.

K.Uras suriyalı döyüşçülərin Azərbaycanda iştirak etdiyi iddialarının reallığı əks etdirmədiyini vurğulayıb.Publika.az

  •  (0)
  •  (0)