Sədərək Ticarət Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ…backend

Sədərək Ticarət Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ…

İki gündür ki, Sədərək Ticarət Mərkəzində COVİD-19 virusunun yayıldığı iddia olunur. Bununla bağlı RealMedia.az-a məlumat verən etibarlı mənbə bildirir ki, Sədərək Ticarət Mərkəzi virusun təhlükə mənbəyinə çevirilib – insanlar kütləvi şəkildə virusa yoluxur.

İddia olunur ki, ticarət mərkəzində ümumi pandemiya və gigenik qaydalara əməl edilmir, maskadan istifadə olunmur. Bu səbəbdən də bazarda koronavirusa yoluxanların sayı sürətlə artır.

Mənbə iddia edir: “Sədərək” ticarət mərkəzi virusun əsasən mənbəyidir. Hazırda bazarın fəaliyyəti nəinki burda işləyən sakinlərin həyatı üçün, hətta bazara alış-veriş üçün girib çıxan insanların həyatınada təhlükə yaradır. Əgər ticarət mərkəzi bağlanıb dezinfeksiya olunmazsa, insanların koronavirusa yoluxma riski arzuolunmaz dərəcədə artacaq.”

Qeyd edək ki, “Sədərək” ticarət mərkəzində on minlərlə dükan və 30-40 minə qədər iş yeri var. Bazarda yoluxma sayının qarşısı tez bir zamanda alınmazsa, koronavirusdan ölənlərin sayı da kütləvi şəkildə artacaq.

  •  (0)
  •  (0)