Sedat Peker daha bir qalmaqallı açıqlama yaydı – “O şəxs “dərin dövlət”in başçısıdır”backend

Sedat Peker daha bir qalmaqallı açıqlama yaydı – “O şəxs “dərin dövlət”in başçısıdır”

Türkiyəli mafiya başçısı Sedat Peker növbəti dəfə qalmaqallı açıqlama yayıb.

Hokm.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Sedat Peker “youtube” vasitəsilə yaydığı videoda Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağarı Türkiyədə “dərin dövlət”in başçısı adlandırıb. O Ağarı sərt tənqid edib. Peker Türkiyədə baş verən üstü açılmamış bir çox cinayətləri sayaraq onları Ağar və yaxın ətrafının törətdiyini bildirib. Sedat Peker çıxışı zamanı artıq baş verənlərdən yorulduğunu və bir çox faktların üstünü açacağını söyləyib.

Qeyd edək ki, Sedat Peker bir neçə gün əvvəl yayımladığı videoda “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdan danışaraq onu Mehmet Ağarın vasitəsilə həbs edildiyini bildirmişdi.

“Mehmet Ağar! Sən heç bir şey deyilkən Mübariz sənə kömək etdi, öz yanında iş verdi, pul verdi. Sən isə gedib bəzi şəxslərlə əlaqə qurub dünyanın ən dəyərli adamı Mənsimovu həbs etdirdin. Sonra Bodrumdakı milyard dollarlıq mülkünü ələ keçirdin.

Mübarizin cinayətkar olduğuna dəli belə inanmaz” – deyə Peker qeyd etmişdi.

  •  (0)
  •  (0)