Seda Sayandan Azərbaycana dəstək: “Dərdiniz dərdimizdir!” – FOTObackend

Seda Sayandan Azərbaycana dəstək: “Dərdiniz dərdimizdir!” – FOTO

Türkiyəli məşhur müğənni Seda Sayan ölkəmizə dəstək nümayiş etdirib. 

Hokm.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Dövlət Sərhəd Xidmətinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı həlak olan şəhidlərimizlə bağlı foto paylaşaraq “Dərdiniz dərdimizdir!” sözlərini yazıb.

Seda vəfat edən hərbçilərimizə Allahdan rəhmət diləyib:

“Qardaş ölkə Azərbaycanda meydana gələn helikopter qəzasında şəhid olan 14 hərbçiyə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.baku.ws

  •  (1)
  •  (0)