“Səbail” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatdıbackend

“Səbail” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatdı

“Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi “Qəbələ”dən ayrılan Urfan Abbasovla anlaşıb. 27 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, “Səbail” daha öncə qapıçı Kamal Bayramovu da heyətinə qatıb.

Hokm.az

  •  (0)
  •  (0)