“Səbail” daha iki futbolçusu ilə sözləşməni yenilədibackend

“Səbail” daha iki futbolçusu ilə sözləşməni yenilədi

“Səbail” klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Bunlar Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Rəhimov və yarımmüdafiəçi Vüqar Beybalayevdir.

Paytaxt klubu Rəhimovla ikiillik, Beybalayevlə isə bir illik sözləşmə imzalayıb.

Qeyd edək ki, “Səbail” daha öncə kapitanı Rahid Əmirquliyev, qapıçısı Aleksandr Rıbka və hücumçusu Ağabala Ramazanovla da müqavilənin müddətini yeniləyib.

Hokm.az

  •  (0)
  •  (0)