Saxta əlillik almaq istəyənlər AzTV-nin “Obyektiv”indən qaça bilmədi – VİDEObackend

Saxta əlillik almaq istəyənlər AzTV-nin “Obyektiv”indən qaça bilmədi – VİDEO

Bir zamanlar bəzi vətəndaşlarımız saxta əlillik dərəcəsi almaq üçün müraciət edib və onlara müxtəlif yollarla əlillik təyinatı aparılıb. Bəs indi də belə neqativ hallara rast gəlinirmi, bunun qarşısının alınması, üzə çıxarılması istiqamətində hansı işlər görülür?

Hokm.az xəbər verir ki, bu məsələyə Azərbaycan Televiziyasının “Obyektiv” proqramında aydınlıq gətirilib və verilişdə canlı olaraq əlliliyin təyin olunması prosesi izlənilib.

Əlillik dərəcəsinin təyin olunmasından danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, müvafiq həkim-ekspert komissiyasının müayinəsindən sonra qərar verilir. Əgər hansısa vətəndaş əlildirsə və haqqında verilən qərardan narazıdırsa, ilkin mərhələdə səhiyyə müəssisəsinə yaxınlaşmalı, qərarla tanış olmalıdır və yenidən həkim məsləhət komissiyası səviyyəsində araşdırılmalıdır. Narazı qalanlar 1923 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər, eyni zamanda vətəndaş qəbulu da həyata keçirilir ki, əyani müayinə təyin edilərək həmin vətəndaşa yenidən baxıla bilər.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov qazilərin əlilliyin səhv təyinatı ilə bağlı narazılıqlarına da aydınlıq gətirib. O bildirib ki, qazilərin müayinəsi xüsusilə diqqət mərkəzindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların və digər yerli tibb strukturların və idarələrin həkimlər ilə birgə müayinə apararaq qərar verir. Qurum rəsmisi həmçinin yeni qanunvericilik haaqqında da məlumat verib.

Mövzu ilə daha ətraflı videomaterialda tanış ola bilərsiniz:

  •  (0)
  •  (0)