Saxlanılan Vilyam Hacıyev bu nazirin dostudur…backend

Saxlanılan Vilyam Hacıyev bu nazirin dostudur…

 

Saxlanılan Vilyam Hacıyev bu nazirin dostudur…

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) keçirdiyi əməliyyat zamanı rayonun icra başçısı Vilyam Hacıyevi saxlayıb.

Hokm.az-ın Unikal.org-a istinadən xəbərinə görə, 10 avqust 1957 -ci ildə Göygöl şəhərində anadan olan Vilyam Hacıyev ilk əmək fəaliyyətinə Gəncə (Kirovabadda) aeroportunda bilet satmaqla başlayıb. O hava limanın o vaxtı rəhbərliyinin göstərişi ilə “qara bazar”da baha qiymətə təyyarə bileti satırmış.

Bilet satışı onu havada “uçmağa” sövq edir. Elə bu məqsədlə 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirməsinə gətirib çıxarıb.
Bir sıra vəzifələrdə çalışdıqdan sonra, 14 aprel 2012-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, Vilyam Hacıyev Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yaxın dostluğu ilə tanınır.

  •  (4)
  •  (3)