Şarl Mişel üçtərəfli görüşün yekunu ilə bağlı BƏYANAT YAYDIbackend

Şarl Mişel üçtərəfli görüşün yekunu ilə bağlı BƏYANAT YAYDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşdə Rusiyanın vasitəçiliyi ilə Qarabağ üzrə 9 noyabr 2020-ci il və 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə sadiq olduqlarını vəd ediblər.

Hokm.az xəbər verir ki, bu barədə görüşün nəticəsi ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən mətbuata verilən bəyanatda deyilir.

Qeyd olunub ki, tərəflər həmçinin gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması əsasında dəmir yolu xətlərinin yenidən qurulmasına başlamaq qərarına gəliblər.

Bundan əlavə, Ş. Mişel Ermənistan və Azərbaycan liderləri ilə görüşdə Avropa İttifaqının regionda iqtisadi əməkdaşlığı genişləndirmək üçün platforma yaratmaq niyyətini də müzakirə edib.

Aİ Şurasının Prezidenti həmçinin, bütün ölkələrin suverenliyinə tam hörmət edilərək Ermənistan və Azərbaycan arasında xüsusilə də Cənubi Qafqaz kommunikasiya infrastrukturunun bərpasının vacibliyini vurğulayıb.

Bəyanata görə, Avropa İttifaqı texniki yardım göstərmək məqsədi ilə Ermənistan və Azərbaycana sərhədlərin demarkasiyası və delimitasiyasına dəstək vermək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edəcək.

  •  (1)
  •  (3)