Şarl Mişel: “Bu gün Ukrayna ilə bağlı “Marşal planı”nın əsası qoyula bilər”backend

Şarl Mişel: “Bu gün Ukrayna ilə bağlı “Marşal planı”nın əsası qoyula bilər”

“Bu gün Ukrayna ilə bağlı “Marşal planı”nın əsası qoyula bilər”.

Hokm.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün, mayın 5-də Polşanın paytaxtı Varşavada keçiriləcək Ukraynaya yardımla bağlı konfrans ərəfəsində deyib.

“Varşavada keçiriləcək donor konfransının Ukrayna ilə bağlı Avropa “Marşal planı”nın başlanğıc nöqtəsi olacağına inanıram. Biz bunu etməliyik. Biz Ukraynanı mümkün qədər güclü dəstəklədiyimizi göstərməliyik”, – o bildirib.

Ş.Mişel Rusiyanın Ukraynaya hərbi müdaxiləsini İkinci dünya müharibəsi ilə müqayisə edib: “Bu əsrdə Ukraynaya qarşı müharibə humanitar faciədir. Bu gün uzaqgörən liderlər ayağa qalxmalı və cəsarətli olmalıdırlar. Biz Ukraynanı təkcə sözlə, çıxışlarımızla dəstəkləməli deyilik. Bu, kifayət deyil. Bizə pul, güclü siyasi iradə lazımdır”.“Report”

  •  (0)
  •  (0)