Sarkisyanın qardaşı oğlu İrəvana təhvil verildi – VİDEObackend

Sarkisyanın qardaşı oğlu İrəvana təhvil verildi – VİDEO

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2018-ci ilin iyununda beynəlxalq axtarışa verilmiş qardaşı oğlu Narek Sarkisyan dekabrın 21-də polis əməkdaşlarının müşayiəti ilə Çexiyadan Yerevana gətirilib.

Hokm.az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan məlumat yayıb.

Qor Abramyan deyib ki, N. Sarkisyan bu gün Ermənistana gətirilərək istintaq təcridxanasına yerləşdirilib.

Xatırladaq ki, Narek Sarkisyan dekabrın 6-da Praqa şəhərində həbs olunub. O, qanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və narkotik maddə saxlamaqda ittiham edilərək barəsində cinayət işi açılıb.

  •  (0)
  •  (0)