Sarkisyanın ölkədən çıxışına QADAĞA QOYULDUbackend

Sarkisyanın ölkədən çıxışına QADAĞA QOYULDU

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı “külli miqdarda rüşvət alma” maadəsi ilə xüsusi ittiham irəli sürülüb.

Hokm.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib”, – nazirliyin mətbuat xidmətindən bildiriblər.

Bundan əvvəl eks-dövlət başçısının vəkili Amram Makinyan bildirib ki, bu, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edən bədnam sahibkar Silva Ambardzumyanın işidir:

“Ambartsumyan əvvəlcə Sarkisyana rüşvət vermədiyini və onu tanımadığını iddia edib. İndi ifadəsini dəyişdi”.publika.az

  •  (0)
  •  (0)