Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD – 167 min manatlıq tenderin qalibi oldubackend

Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD – 167 min manatlıq tenderin qalibi oldu

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTB) mal-materialların satın alınması tenderinin qalibini açıqlayıb.

Hokm.az xəbər verir ki, tenderi “VİS” MMC qazanıb.

Samux MKTB abadlıq işlərinin aparılması məqsədilə mal-materialların satın alınması üçün “VİS” MMC-yə 167 min 349 manat ödəyəcək.

Qeyd edək ki, “VİS” MMC 3 fevral 2020-ci ildə 10 manat kapitalla yaradılıb. Şirkətin ünvanı Gəncə şəhəri, Ozan, ev 104, m. 9, qanuni təmsilçisi Hafiz Fərəcov Nazim oğludur.fed.az

  •  (0)
  •  (1)