Şamaxıdakı dəhşətli qəzanın yeni detalları: Tur şirkətinin adı bilindibackend

Şamaxıdakı dəhşətli qəzanın yeni detalları: Tur şirkətinin adı bilindi

Şamaxı-Bakı yolunda qəzaya uğrayan avtobusdakı şagirdlərin təhsil aldığı 279 saylı məktəbin direktoru Südabə Abdullayeva hadisə ilə bağlı danışıb. 

Hokm.az xəbər verir ki, “Sputnik Azərbaycan”a danışan S.Abdullayeva bildirib ki, gəzinti istirahət günü təşkil olunduğundan hadisədən gecə saatlarında xəbər tutub:

“Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəllimini də valideynlər qonaq ediblər. Arzu müəllim də bu qəzada ciddi xəsarət alıb. Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllim dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq”.

S.Abdullayeva qeyd edib ki, uşaqlar üçün gəzintini təşkil edən şirkət “Empaty Travel” turizm şirkətidir.

“Empaty Travel” şirkətindən isə suallara cavab verən olmayıb.

  •  (0)
  •  (0)