Şamaxıda kombayn aşıb, sürücü komaya düşübbackend

Şamaxıda kombayn aşıb, sürücü komaya düşüb

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az-ın xəbərinə görə, Qobustan şəhər sakini, 1982-ci il təvəllüdlü Soltanov Rəşad Savalan oğlunun idarə etdiyi taxılbiçən kombayn Şamaxı-Padarçöl yolunun Göylər kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetmənin itməsi səbəbindən yoldan çıxaraq aşıb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan Rəşad Soltanov əvvəlcə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Komaya düşən sürücü sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

  •  (0)
  •  (1)