“Şamaxı”nın oyunçusuna “qara” dedilər, əsəbiləşdi – VİDEObackend

“Şamaxı”nın oyunçusuna “qara” dedilər, əsəbiləşdi – VİDEO

Sumqayıtda eyniadlı komanda ilə “Şamaxı” arasında Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra insident baş verib.

Hokm.az Report-a istinadən xəbər verir ki, hadisəyə topdaşıyanların qonaq komandanın futbolçusu Sadio Tounkaraya qarşı irqçi hərəkət etməsi səbəb olub.

Onlardan biri yanındakı şəxsə malili yarımmüdafiəçini göstərərək, “Qaranın ayaqqabısına bax” deyə müraciət edib. Bunu təhqir kimi qəbul edən 30 yaşlı oyunçu uşaqların üzərinə getmək istəyib. Bu zaman “gənclik şəhəri” təmsilçisinin qapıçısı Tərlan Əhmədli məsələyə qarışaraq, Tounkara ilə mübahisə edib. Komanda yoldaşları hər iki futbolçunu sakitləşdiriblər.

Qeyd edək ki, oyun “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

  •  (0)
  •  (0)