Şamaxı İH-nin işçisində koronavirus aşkarlandı (YENİLƏNİB)backend

Şamaxı İH-nin işçisində koronavirus aşkarlandı (YENİLƏNİB)

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 
APA-nın xəbərinə görə, Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.
Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.
***13:27
Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. 
Hokm.az Qafqazinfo-ya istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.
Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir.
  •  (0)
  •  (0)