Salyanda bədbəxt hadisə: Qızının toyuna dörd gün qalmış boğularaq öldübackend

Salyanda bədbəxt hadisə: Qızının toyuna dörd gün qalmış boğularaq öldü

Salyan sakini qıcolmadan su kanalına düşərək ölüb.

Bizim.Media-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şorsulu ərazi vahidliyinə daxil olan Boranıkənd kənd sakini, 1975-ci il təvəllüdlü, II qrup əlil Sarxanov Rafət Əvəz oğlu bu gün səhər saatlarında qoyunları örüşdə otararkən anidən qıc olub. Nəticədə yaxınlıqdakı su kanalına düşərək boğulub.

Məlumata görə, R.Sarxanov uzun illərdir qıcolma xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, iyunun 4-də mərhumun qızının toyu olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)