Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin olunubbackend

Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin olunub

Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib.

“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

  •  (0)
  •  (0)