Saleh Rüstəmlinin son durumu necədi?backend

Saleh Rüstəmlinin son durumu necədi?

Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı, keçirdiyi aclıq aksiyasını dayandıran Saleh Rüstəmlinin son durumu açıqlanıb.

Hokm.az xəbər verir ki, o, bu gün qida qəbul edib. Bu barədə həkim Adil Qeybulla öz Feysbuk səhifəsində yazıb.

“Bu gün AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində aclıq çəkən dostumuz Saleh Rüstəmli ilə növbəti dəfə görüşdüm. Aclığın 41-ci günü idi. Aclıq aksiyasına Saleh bəyin səhhətində problemi olan qardaşı və bəzi fədakar şəxslər də qoşumuşdu, bu isə Saleh bəyi xeyli narahat edirdi. O, heç kimin ona görə əziyyət çəkməsinə razı deyildi. Hazırda pandemiya davam etdiyindən onun yenidən COVİD-19-a yoluxması zamanı indiki aclıq durumunda qorxulu fəsadların və səhhəti üçün arzuolunmaz situasiyanın yaranmasının qarşısını almaq məqsədilə mən Saleh bəydən təkidlə aclığı dayandırmasını xahiş etdim. Həqiqətən də istənilən an fors-majorla üz-üzə idik. Saleh Rüstəmli bütün deyilənləri anlayışla qarşıladı və aclığı dayandırdı. Ona duru yemək gətirildi və mənim nəzarətimlə qidanı qəbul etdi. Sonrakı qidalanma rejimi ona izah edildi”,- A.Qeybulla qeyd edib.

Həkim onu da əlavə edib ki, S.Rüstəmliyə parenteral dəstək müalicəsi aparılır. Onun səhhətinin sonrakı bərpası da nəzarət altında davam etdiriləcək.

  •  (0)
  •  (0)