Şahzadə ilə ailəsinin yaxta kefi – FOTOLARbackend

Şahzadə ilə ailəsinin yaxta kefi – FOTOLAR

Norveç şahzadəsi Haakon həyat yoldaşı Mette Marit və uşaqları ilə birlikdə İspaniyaya istirahətə yollanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaxtada paparassilərin kamerasına tuş gələn şahzadə ilə xanımı dənizə girib, günəşləniblər. Haakon günəş vannası qəbul edən Mettenin kürəyinə günəş yağı da sürtüb. Fotoqrafları görən cütlük heç bir reaksiya göstərməyərək istirahətlərinə davam edib.

Qeyd edək ki, Mette Maritlə şahzadə Haakon 2001-ci ildə ailə qurub. Mette daha əvvəl boşandığı və uşağı olduğu üçün uzun müddət medianın gündəmindən düşməmişdi. 45 yaşlı Mette hər hansı sülalədən olmadığı və narkotikdən istifadə etdiyi üçün kral ailəsinə qəbul edilmirdi. Ancaq şahzadə ailəsini dinləməyib Mette ilə birlikdə yaşamağa başlamış və hətta ona görə taxtdan imtina edəcəyini açıqlamışdı. Kral və kraliça bu səbəbdən Haakonun Mette ilə ailə qurmasını qəbul etmişdi. Mette Marit ailə qurduqdan sonra şahzadə titulu alıb.








Hokm.az

  •  (0)
  •  (0)