Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib.
Fevral ayının 22-də Abşeron rayonu Heydər Əliyev Mərkəzində Hökməli, Qobu, Saray, Masazır qəsəbələrindən və Xırdalan şəhərindən olan vətəndaşlarların iştirakı ilə keçirilmiş fərdi qəbul zamanı müraciətçilər tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, əmlak torpaq və təhsil mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.
Qəbul zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapmış, vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat vermişdir.

















