Şahin Cəfərli: “Erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması sual altındadır”backend

Şahin Cəfərli: “Erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması sual altındadır”

Siyasi şərhçi Şahin Cəfərli Qarabağ probleminin hələlik tam həllini tapmadığını vurğulayır: “Üçtərəfli bəyanat münaqişəni həll edən sənəd deyil, ortada hər hansı bir sülh müqaviləsi yoxdur, sadəcə olaraq 10 noyabrda baş tutan razılaşma atəşkəsin tətbiqi və bəzi rayonların Azərbaycana qaytarılmasına aid idi. Çox təəssüf ki, bu razılaşma Qarabağ ərazisindən erməni silahlı qüvvələrinin çıxarılmasını dəqiq nəzərdə tutmur”. 
Müdafiə Nazirliyinin məlumatına görə dekabrın 26-da Xocavənddə atəşkəs pozulub, Azərbaycan Ordusunun bir əsgəri həlak olub, biri yaralanıb. Qarşı tərəfdən 6 nəfərin öldüyü bildirilir.
Bu hadisədən sonra noyabrın 10-da müharibənin dayandırılması ilə bağlı Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatın önəmi, ordakı ziddiyyətli məqamlar  müzakirə edilir.
Siyasi şərhçi Şahin Cəfərli sözsügedən bəyanatın 4-cü maddəsini xatırladır: “Orda deyilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bu maddəni əsas tutub erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edə bilərik. Amma bu prosesin moderatoru, vasitəçi dövləti Rusiya deyə bilər ki, o cümlədən biz  ermənilərin Laçından, Kəlbəcərdən və Ağdamdan çıxarılması nəzərdə tutmuşuq. Putin də mətbuat konfransında bu barədə ona verilən sualı birinci maddəyə istinad edərək cavabladı. Birinci maddədə deyilir ki, atəşkəs razılaşması qüvvəyə mindiyi anda tərəflər öz olduqları mövqelərdə qalırlar. Belə məlum olur ki, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxarılması məsələsi sual altındadır”. 
Şahin Cəfərli qeyd edir ki, onlar orda qaldıqca, hər cür təxribatların törədilməsi ehtimalı da qalır.
O hesab edir ki, Azərbaycan son insidentdən sonra Rusiyadan bunun qarşısını almağı tələb etməli və anti-terror əməliyyatı keçirməlidir.
  •  (2)
  •  (2)