Sahil Babayev işsizlərə 190 manat yardımı çox gördüyü halda, avtomobillər alır
İki gündür ki, koronavirus ilə bağlı hökumətin elan etdiyi yardım proqramından kimin yararlana biləcəyi mübahisə altındaykən məlum olur ki, tələbə, təqaüdçü, əlillik pensiyası alan, adına “ötən əsrdən” pay torpağı olan və ailəsində işləyəni olan şəxslər 190 manat yardımı ala bilməyəcəklər. Bu da o deməkdir ki, hökumət ayırdığı yardımları yenə oliqarxların bank və firmalarını böhrandan ziyansız xilas etmək üçün xərcləyəcək. Ola bilsin ki, bu məqamda düşünülə çətin vəziyyətdir, bəlkə hökumətin pulu yoxdur. Amma, fakt odur ki, elə deyil. Hökumətin pulu var. Hətta o qədər pulu var ki, əhaliyə 190 manat yardım vermir, amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə avtomobillər alınır. Bununla bağlı verilən rəsmi məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 164 ədəd “Khazar LX” markalı minik avtomobili alacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 164 avtomobil üçün 1 999 980 manat ödəniş edəcək. Hər avtomobil büdcəyə 12 195 manata başa gələcək. Necə deyərlər varlıya maşın, kasıba isə….
Hokm.az
















