Sahibkardan şəhidlərimizlə bağlı nümunəvi addım!backend

Sahibkardan şəhidlərimizlə bağlı nümunəvi addım!

Hər il Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın rəsmi və qeyri-rəsmi tədbirlərlə yad edilir, qürur mənbəyimiz olan şəhid hərbçilərimiz sosiallıqda və eləcə də cəmiyyətimizdə ən yüksək səviyyədə anılır. Ən gözəl ənənələrdən biri isə bəzi iş adamları tərəfindən yaşadılır. Belə ki, onlar öz obyektlərində həmin döyüşlərdə şəhid olan qəhrəmanlarımızın fotolarını və ya bayraqları asırlar. Bakının Nərimanov metro stansiyasının yaxınlığında yerləşən məşhur bir mağaza da var ki, onun sahibi də bu cür təqdirəlayiq addım atıb.
Naxçıvan məhsullarının satıldığı dükanın girişində məlum hadisələr zamanı igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin yer aldığı poster ərazidən keçən hər kəsin diqqətini çəkir.
Daim Türkiyədə gördüyümüz bu cür halların artıq ölkəmizdə də adiləşməsindən qürur hissi keçirir, media olaraq sahibkarın atdığı bu addımı alqışlayır və təşəkkürümüzü bildiririk!

  •  (0)
  •  (0)