“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi – FOTObackend

“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi – FOTO

Məlumunuzdur ki, cənab Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etmişdir. “Gənclərin Töhfəsi” İctimai Birliyi “Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycanda yenidən sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu layihəsini həyata keçirdi.

Layihə rəhbəri Məhsəti Hüseynova bildirdi ki, layihənin keçirilməsinin əsas məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən xilas etmək, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma, qida təhlükəsizliyi və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildəmaarifləndirilməkdən ibarət idi. 25-26 noyabr tarixlərində həyata keçirilən forumda Azərbaycandan millət vəkili Naqif Həmzəyev, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Səbinə Əsgərova, qida texnoloqu Ağa Salamov, İnteqrativ təbabət həkimi, dietoloq-nutrisioloq Amaliya Rəhimova, həkim-dietoloq, ANDOP un təlimçisi Emil Hidayətli, həkim- pediatr Aygün Cəfərli, qida mütəxəssisi Tural Babayev, GK Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Türkiyədən Sağlamlıq və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Kemal Özer, Sakarya Universitetinin Prof. Dr. Ahmet Tutar, Balıkesir Universitetinin Prof. Dr. Fatih Satıl, Kıbrıs Türk Cümhuriyyətinin Aşçılar Dərnəyinin rəhbəri Zeki Zincirkıran iştirak etdi. Forum çərçivəsində Azərbaycan və Türkiyədən iştirak edən peşəkar mütəxəssislərin və gənclərin iştirakı ilə panel müzakirələrdə “Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi – çətinliklər, görülən işlər və hədəflər”, “Sağlam qida sağlam gələcəyin təminatıdır”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” mövzularında müzakirələr baş tutdu, gənclərlə maraqlı diskusiyalar aparıldı.  Tədbiri giriş sözü ilə açan “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə forum iştirakçılarını təbrik etdi və forum haqqında məlumat verdi. “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Məhsəti Hüseynova
Sağlam Qida” Könüllüləri proqramı və bu istiqamətdə görülən işlər barəsində geniş məlumat verdi. “Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi – çətinliklər, görülən işlər və hədəflər” panelində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Səbinə Əsgərova ölkəmizdə qida təhlükəsizliyi yönündə görülən işlərə dair geniş məlumat verdi.

Türkiyə Sağlamlıq və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Kemal Özer Türkiyədə Qida Təhlükəsizliyi sahəsində görülən işlərdən bəhs edərək, bu istiqamətdə maarifləndirmə işinin önəmini və görülməli işlərə dair geniş məlumat verdi. Daha sonra çıxış edən qida texnoloqu Ağa Salamov qida zənciri haqqında geniş məlumat verərək, “tarladan-süfrəyədək” qida təhlükəsizliyinin təmin olunmasının önəmini vurğuladı. “Sağlam qida sağlam gələcəyin təminatıdır” adlı paneldə çıxış edən İnteqrativ təbabət həkimi, dietoloq-nutrisioloq Amaliya Rəhimova insan orqanizmi üçün önəm kəsb edən omeqa yağ turşuları barədə geniş məlumat verdi. Növbəti çıxışçı qida mütəxəssisi Tural Babayev sağlam qidalanmanın faydaları və gənclərin aludəçisi olduğu fast-food qidalanmanın zərərləri barədə geniş məlumat verdi. Həkim-pediatr Aygün Cəfərli gənc anaların uşaqlarını ana südü ilə qidalandırmağın faydaları barədə geniş məlumat verdi. Sakarya Universitetinin prof. Dr. Ahmet Tutar polifenolların dietdəki əhəmiyyəti barədə geniş məlumat verdi. Prof.dr. Fatih Satıl zeytunun önəmi haqqında məlumat verərək immunitetin gücləndirilməsində zeytun yarpaqlarından dəmlənən çayın faydalılığını diqqətə çatdırdı. Kıbrıs Türk Cümhuriyyətinin Aşçılar Dərnəyinin rəhbəri Zeki Zincirkıran “Sağlıklı yemekler nasıl sağlıkla yenir” mövzusunda məlumat verərək, öz təcrübələrini bölüşdü. “Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu”adlı paneldə çıxış edən GK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Könüllülükdən gələn uğur” mövzusunda çıxış edərək, könüllü fəaliyyətin cəmiyyət üçün faydalarından bəhs edib. Nəzərinizə çatdıraq ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi 2019-cu ildə “Sağlam Qida” Könüllülərinin Respublika Forumunun, 2020-ci ildə “Sağlam Qida” Könüllülərinin Şamaxı Forumunun təşkilatçısıdır.

  •  (1)
  •  (0)