ŞAD xəbər: Bakıda istiliyin verilməsi tezləşdirildibackend

ŞAD xəbər: Bakıda istiliyin verilməsi tezləşdirildi

Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb. 

Hokm.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu gündən  müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb:
“Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.
Rafiq Əliyev bildirib ki, dağ və dağ ətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb.
Qeyd edək ki, dağ və dağətəyi rayonlarda istilik sisteminin noyabrın 1-dən işə salınacağı əvvəlcədən bəlli olsa da, digər rayonlarda, eləcə də Bakıda noyabrın 15-dən qış mövsümünə keçidin baş tutacağı açıqlanmışdı.
Ümumilikdə “Azəristiliktəchizat” 554 qazanxanadan 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik verir.
  •  (0)
  •  (0)