Sabunçuda evakuator piyadanı vurdubackend

Sabunçuda evakuator piyadanı vurdu

Bakıda daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Evakuator yolu keçən 1966-cı il təvəllüdlü Əzimova Şəfayət Məmməd qızını vurub.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.  /Report

  •  (3)
  •  (1)