Şabran komissarlığı hərbi qulluqçunu ikinci dəfə hərbi xidmətə çağırır – Şikayətbackend

Şabran komissarlığı hərbi qulluqçunu ikinci dəfə hərbi xidmətə çağırır – Şikayət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi hərbi xidmətini başa vuran hərbi qulluqçunu yenidən həqiqi hərbi xidmətə çağırır.

Bu barədə 7Times.az-a müraciət edən Şabran rayon sakini Mahir Ağagülov adlı şəxs bildirib.O qeyd edib ki, oğlu 1992-ci il təvəllüdlü Elnur Ağagülov 2010-2011-ci ildə vətəndaşı olduğu Rusiya Federasiyasında hərbi xidmət keçib.O 2006-ci ildən etibarən Rusiya vətəndaşıdır.Amma qonşu ölkədə hərbi xidmətini başa vuran Elnur Ağagülov Azərbaycana qayıtdıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi tərəfindən yenidən hərbi xidmətə çağrılıb.Amma nədənsə qurum həmin şəxsə rəsmi formada çağırış göndərməyib.Komissarlığın bir neçə əməkdaşı dəfələrlə Elnurun atasına zəng edərək, ondan idarəyə gəlməyi istəyiblər.Sonuncu dəfə isə qurumun məsul şəxsi Mahir Ağagülovla əlaqə saxlayıb, bu məsələni tez bir zamanda “həll” etmək lazım olduğunu bildirib.Qeyd edək ki, ikinci Qarabağ müharibəsi dönəmində də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin bəzi hərbi qulluqçuların səfərbərlikdən yayındırması ilə bağlı məlumatlar var.Bu barədə daha ətraflı bəhs edəcəyik.

  •  (0)
  •  (0)