Sabirabadda faciəvi hadisə – Kürdə batdıbackend

Sabirabadda faciəvi hadisə – Kürdə batdı

Sabirabad rayon sakini Kür çayında batıb.

Hokm.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

  •  (0)
  •  (0)