Sabirabadda 22 yaşlı hamilə qadın öldübackend

Sabirabadda 22 yaşlı hamilə qadın öldü

Sabirabadda 22 yaşlı hamilə qadın dünyasını dəyişib.

Hokm.az APA-ya istinadən xəbər verir ki, 17 həftəlik hamiləliyi olan Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1999-cu il təvəllüdlü Əzizova Arifə Arif qızının halı pisləşdiyindən Sabirabad rayon xəstəxanasına çatdırılan anda keçinib.

Ölümün səbəbini aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.

  •  (0)
  •  (1)