Sabir Rüstəmxanlı Naxçıvana təyyarə biletinin bahalaşmasına etiraz etdi: “Hər kəs şikayət edir”backend

Sabir Rüstəmxanlı Naxçıvana təyyarə biletinin bahalaşmasına etiraz etdi: “Hər kəs şikayət edir”

“Naxçıvan üçün təyyarə biletlərinin qiymətinin 50 manatdan 60 manata qədər bahalaşması doğru deyil. Bir halda ki, cənab Prezident İlham Əliyevin də AZAL-ı tənqid etdiyini deyirlər, yəqin ki, həlli yolları axtarılar. Hər kəs AZAL-da biletlərin baha olmasından şikayət edir. Bilmirəm, hansı şərtlərə görə AZAL biletləri bahalaşdırır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

“Naxçıvan hansı şəraitdədirsə, biz bunu bilirik. Quru yolları bağlıdır. Naxçıvandan Azərbaycanın digər bölgələrinə yalnız hava yolları vasitəsilə gediş-gəliş mümkündür. Ailəsinin bir hissəsi Naxçıvanda yaşayanlar var. Bəziləri tez-tez getməyə məcburdur. Bu, nəzərə alınmalıdır. Dövlətə ziyan da dəysə, müəyyən subsidiya ayrılmalı olsa belə, Naxçıvanın vəziyyəti nəzərə alınmalıdır. AZAL vətəndaşların maddi durumuna uyğun bilet qiymətləri müəyyənləşdirməlidir”, – deputat bildirib.

  •  (0)
  •  (0)